Ötən gün Yevlax rayonu ərazisində baş bermiş ağır yol qəzasında dünyasını dəyişən Zülqədər Üzeyir oğlu Zülqədərlinin fotoları yayılıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, qəzada həlak olan Zülqədərin 24 yaşı olub.
 
Qeyd edək ki, ötən gün ağır yol qəzası Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı araşdırma aparılır.