Bu gün səhər saatlarında 8 gün əvvəl Sabirbad rayonunun Ulacalı kəndində avtomobillə vurulmuş 23 yaşlı piyada Səid Hüseynov komadan ayılmayaraq Şirvan şəhər Xəstəxanasında dünyasını dəyişib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki,onu mayın 8-də axşam saatlarında yolun kənarı ilə piyada gedərkən həmkəndlisi Səməndər Alışovun idarə etdiyi 90 NM 054 dövlət nömrə nişanlı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən vurub.
Ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilən gənc elə o vaxtdan koma vəziyyətində idi.
Faktla bağlı hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb.