Xaçmazda intihar hadisəsi baş verib.
Bu gün saat 18 radələrində Xaçmazın Qaraqurtlu kənd sakini, 56 yaşlı Malik Nurməmməd oğlu Səmədov özünü yaşadığı evin dam altından iplə asaraq intihar edib.
Unikal.org istipress.com-a istinadən bildirir ki, Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin ilkin tibbi ekspertizası həyata keçirilib.
Xaçmazın hüquq -mühafizə orqanlarından əldə etdilən məlumata görə, mərhum Malik Səmədov 2 uşaq atasıdır. İlk olaraq onun oğlunun xəstə olmasına görə özünü intihar etdiyi ehtimal edilir. Faktla bağlı Xaçmaz Rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanılıb.