Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci dəfə tatami üzərinə çıxıb.
Unikal.org-un məlumatına görə, bu dəfə onun rəqibi Türkiyə təmsilçisi Batuhan Efemgil olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.