Azərbaycan cüdoçusu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.

Unikal.org-un məlumatına görə, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə qarşılaşıb.

Görüşdə tam qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.