IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını idmançımız Elçin Talıbov qazanıb.

Unikal.org xəbər verir ki, yarışda 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda ölkəmizin digər təmsilçisi Bayram Mustafayev üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

xxx

Karatenin kumite yarışlarında - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

Unikal.org xəbər verir ki, bununla Azərbaycanın İslamiadada qızıl medallarının sayı 21-ə çatıb.