Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının dairəvi stend yarışında gümüş medal qazanıb.

Unikal.org-un məlumatına görə, idmançımız finalda 42 xal toplayıb.

45 xallı Türkiyə təmsilçisi Nurbanu Özpak birinci, digər türkiyəli İzel Aydın isə 35 xalla üçüncü yeri tutub.

Eyni zamanda Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.

Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.