Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi Eriş Yaprak ilk görüşünü keçirib.
İlk döyüşdə onun rəqibi Pakistan təmsilçisi Hamdani Farsin olub. İdmançımız 29:3 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.