Zaqatala rayonu ərazisində "Baksell Ltd" MMC-yə məxsus "Nissan" markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Unikal.org APA-ya istinadən məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü kilometrliyində, Zaqatalanın Qazangül qəsəbəsi ərazisində rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Səddam Mehman oğlu Mehdiyev idarə etdiyi "Nissan Navara" markalı 99 AM 931 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə maşında sıxışıb qalan S.Mehdiyev və sürücünün həmkəndlisi, 1981-ci il təvəllüdlü Mahmud İbrahim oğlu Vanatiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hər iki yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzaya düşən avtomobil "Bakcell Ltd" MMC-yə məxsusdur, Səddam Mehdiyev və Mahmud Vanatiyev isə şirkətin işçiləridir.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.