Azərbaycanın Yunan-roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Unikal.org-un məlumatına görə, 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.