Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, final uğrunda Azərbaycanın 7 boksçusu mübarizə aparıb.
Onlardan 6-sı sabah keçiriləcək finala vəsiqə qazanıb. Bir boksçumuz isə bürünc medalla kifayətlənib. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olub. 1/4 finalda mərakeşli Taoufik Kaçfinı asanlıqla mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. Özbək idmançı 5:0 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev isə bürünc medalla kifayətlənib.
75 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı, Teymur Məmmədov (91 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) isə finala yüksəliblər.
Qeyd edək ki, final görüşləri sabah saat 16:00-da başlayacaq.