Şəkidə azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.
Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 17-də rayonun Kiş kənd sakini, 2008-ci il təvəllüdlü Tunar Murad oğlu Alıyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, uşaq küçədə oynayarkən sahibsiz it hücum edərək, sol sarğı nahiyəsindən dişləyib. Tunar Alıyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.