Bakıda ruhi əsəb dispanserində ölüm faktı qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib.

Belə ki, dispanserdə müalicə olunan 1961-ci il təvəllüdlü Abdullayev Etibar Kamil oğlu dünyasını dəyişib. Onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

E.Abdullayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.