Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda xalça üzərinə çıxıb.
Unikal.org xəbər verir ki, ilk görüşdə idmançımızın rəqibi İran təmsilçisi Fallah Hamidabadi Mahdi olub.
İdmançımız 2:1 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.