Bakıda marketdən oğurluq edən və polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mayın 17-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmətdə olublar.
Səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki "Favorit supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğu nəzərdən qaçmadı. Onun arxasınca çıxan supermarketin işçiləri "oğrunu saxlayın deyə kömək istədilər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs bu təqibdən yaxa qurtara bilməyəcəyini görüb durdu, tez cibindən bıçaq çıxarıb müqavimət göstərməyə çalışdı. Ətrafda xeyli insan toplaşmışdı. Supermarketin alıcıları da çölə çıxıb nə baş verdiyini anlamağa çalışırdılar. Polislər dərhal onu silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.