Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib.

Onun sözlərinə görə, gömrük keçid məntəqəsində gediş-gəlişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görülür: "Hazırda gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zərurət yarandığı halda, qarşı tərəflə danışıqlar aparılaraq iş vaxtı da uzadılır.