Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.