Minlərlə səhər sakinləri Raqub Orucovu son mənzilə yola saldırlar...

Bəlkə də bu dəhliz indiyə qədər bu qədər izdiham görməmişdi. Ola bilsin ki, bu dəhliz döşəmələri indiyə qədər bu qədər insan ayaqları altında qalmamışdı. Amma indi bu məkan insan izdihamına qucaq açdı. Çünki sumqayıtlılar bu gün bir vaxtlar həmin dəhlizdə iri addımlarla addımlayan polkovnik-leytenant Raqub Orucovu son mənzilə yol salmaq üçün cəmləşmişdilər.


Unikal.org-un məlumatına görə, cəbhə yoldaşları Raqub Orucovun qəhrəmanlıqlarından danışdıqca insanın bədənində qan coşurdu. İnsanın qəlbindən bir hiss keçirdi. Düşmən üzərinə hücum etmək və zəfər çalmaq...

Şəhidin cənazəsini alqışlar və coşqularla qarşılayan Sumqayıt sakinlərinin sayı isə 5 mindən çox idi. Cəbhə yoldaşları şəhidin qanının yerdə qalmayacağına söz verdiər. Onlar işğal altında olan torpaqlarımızın mütləq geri qaytarılacağını bildirdilər.


"Şəhidlər olməz, Vətən bolunməz", "Rus, fars, erməni, bunlar türkün düşəni", "Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq" və s. şüarlar qulaq batırırdı. Havada Azərbaycan və Türk bayraqları dalğalanırdı.

Şəhidimiz dəfn olunanda hava da tutqun idi. Sanki buludlar da dolmuşdu. Şəhidin ardınca sanki göylər də ağlamaq istəyirdi. Şəhidin doğmaları və və onu son mənzilə yola salmağa gələnlər kimi ...

"Anacan söz verirəm ki, sənin qisasını alacağam. Mən sənsiz yaşaya bilmərəm. Sənin yanına üzüqara gəlməyəcəyəm". Bu sözləri Raqub Orucov anası şəhid olandan sonra demişdi. Şəhidin qohumu Fəzilə xanım bildirib ki, Raqub Orucovun anası da erməni gülləsinə tuş gəlib. Məhz ondan sonra Raqub silahla "dostlaşıb". Onun tək arzusu anasının qisasını almaq və vətən uğrunda şəhid olana qədər vuruşmaq olub.

Qonşuları unikal.org-a açıqlamalarında bidirdilər ki, Raqub Orucov çox sadə və mehriban adam idi. Bütün qonşularla mehribancasına görüşərmiş. Hər kəslə xoş rəftar edərmiş. Ehtiyacı olanlara əlindən gələn köməkliyi əsirgəməzmiş.

İndi Sumqayıt məktəblərində təhsil alan şagirdlər də Raqub Orucova bənzəmək istəyir. Sumqayıt şəhəri 2 saylı orta məktəbində təhsil alan 10-cu sinif şagirdi Cavad Əlizadənin tək arzusu Raqub Orucov kimi vətən uğrunda mübarizə aparmaqdır. O, bu yolda ölməyin şərəf olduğunu deyir.

"Mən və sinif yoldaşlarım, eləcə də bütün məktəbdə oxuyanlar döyüşə getməyə hazırıq. Hər birimiz erəninin qanını içməyə qadirik. Biz şəhidlərimizin qanını almamış rahat ola bilmərik", - deyə Cavad Əlizadə bildirib.

Şəhidin dənfnində iştirak edən Sumqayıt şəhərində fəaliyyət göstərən digər məktəblərin şagirdləri də vətənpərvərlik haqqında şüarlar deyir və hər an düşməndən intiqam almağa hazır olduqlarını bəyan edirdilər.

Allah rəhmət eləsin!

http://unikal.org/sonxeber/15104-bayram-seferov-ermenilere-muraciet-etdi-danishiqlari-qisa-zamanda-deyerlendirmelidirler.html