Unikal.org-un report-a istinadən məlumatına görə, ən çox qızıl medalı boksçular və yunan-Roma güləşçiləri əldə ediblər.
Dəri əlcək ustalarından Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), pəhləvanlardan isə Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medallara taekvondoçu Ramin Əzizov (80 kq), para-atletikanın T11 kateqoriyalı qaçış növündə Nurlan İbrahimov və voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yiyələnib.
Gümüş medallara para-atletikanın T11 kateqoriyalı qaçış növündə Elçin Muradov, həmçinin, boksçular Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) sahib çıxıb.
Bürünc medallar Məhəmməd Məmmədov (63 kq), suya tullanan Dmitri Sorokin, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və boksçu Tayfur Əliyevə (56 kq) nəsib olub.
Beləliklə, gün ərzində 9 qızıl, 4 gümüş və 4
bürünc medal qazanılıb. Hazırda Azərbaycanın 116 medalı var ki,
bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür. Siyahıya 155 medalla
Türkiyə başçılıq edir. Bu ölkənin 60 qızıl, 52 gümüş və 43 bürünc medalı
var. Azərbaycan isə həm medal sayı, həm də medal əyarında ikincidir.