Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb.

Unikal.org-un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.