Madridin "Real klubu növbəti transferini həyata keçirib.

Unikal.org-un apasport-a istinadən məlumatına görə, "karal klubu Teo Hernandezdən sonra daha bir gənc oyunçunu heyətə cəlb edib.

"Flamenqonun hücumçusu Vinisius Junior bundan sonra Madrid klubunun şərəfini qoruyacaq. Daha əvvəl "Barselonanın da maraq dairəsində olduğu bildirilən oyunçunun keçidini artıq "Flamenqonun prezidenti Kleber Leyte də təsdiqləyib.

İspaniya mətbuatənda yer alan məlumatlara görə, "Real 16 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcək.