Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.

17:24

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.

"Hyundai markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

****
Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***
16:26

"Hundai markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.

"Reportun Aran bürosu xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.

Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

***

17:24

Hacıqabulda baş verən yol qəzasında ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib. "Reportun Aran bürosu xəbər verir ki, bu, Süleymanlı Murad Rafael oğludur. Digər şəxs isə 1998-ci il təvəllüdlü Əmiraslan Müşfiq oğlu Əmiraslanlıdır.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.