Mayın 20-də "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında komanda yarışlara başlayıb.

Unikal.org xəbər verir ki, qadın və kişi idmançılar mübarizəyə dörddəbir final mərhələsindən başlayıblar.

Azərbaycan yarışda bir kişi və bir qadın komandası ilə təmsil olunur.

Kişilərdən ibarət komandamız rəqibi Fələstin millisini 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qadın stolüstü tennisçilərimiz isə birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulublar. Millimiz finala vəsiqə uğrunda yarışa birbaşa yarımfinaldan qoşulan Pakistan millisi ilə qarşılaşacaq.

Yarışlar "Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilir.