Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev qızıl medal qazanıb.
Unikal.org-un məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici görüşdə qırğızıstanlı Alibek Osmonovu vaxtından əvvəl tam üstünlüklə məğlub edib.
Bu, Azərbaycanın sərbəst güləş növündə üçüncü qızıl medalı olub.