Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb. 

Unikal.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb. Y

anğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.