Şəmkirdə su üstündə kütləvi dava olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Su üstündə yaranan dava zamanı iki nəfər kənd sakini, 1990-cı il təəllüdlü Səbuhi Tağıyev və 1988-ci il təvəllüdlü Anar Gülməmmədov bir neçə nəfər tərəfindən döyülərək Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.