Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər həyatını itirib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, dünən ölkədə baş vermiş 12 yol-nəqliyyat hadisəsi nəticəsində daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalardan ən ağırı Hacıqabulda baş verib. Bakı-Qazax magistralının 112-ci kilometrliyində "Hyundai Accent"in aşması 5 tələbənin ölümünə səbəb olub. Digər iki hadisə isə İmişli və Zərdabda qeydə alınıb.