Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın ütünün cərəyana taxılmış vəziyyətdə qalması səbəb olub.

Bakıda hündürmərtəbəli binada YANÄžIN - FOTO
Bakıda hündürmərtəbəli binada YANÄžIN - FOTO