"Real" La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Malaga"nın qonağı olacaq. Bu oyunda əldə ediləcək 1 xal "Real"ın çempionluğunu rəsmiləşdirəcək.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan oyun barədə fikrini bildirib: "İndiki vaxta qədər çox çalışmışıq. Həm La Liqa, həm də Çempionlar Liqası uğrunda mübarizə aparırıq. Ancaq hələ heç nə qazanmamışıq. Taleyimizin öz əlimizdə olduğunu başa düşürük. Çatdığımız yolu bitirmək məcburiyyətindəyik. Məncə, "Malaqa" ilə oyun çox çətin olacaq. Amma biz "Real"ıq. Heyətimiz çox möhtəşəmdir və necə komanda olduğumuzu sabah görəcəksiniz. Çoxları "Real"ın titul qazanmasını istəmir. Amma bu durum bizi heç narahat etmir. İnanıram ki, həmin insanları üzə biləcəyik".