Moskvada səhnədə çıxışı zamanı məşhur jurnalist, "Exo Moskvı radiosunun baş redaktoru Aleksey Venediktova hücum baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, səhnəyə çıxmış naməlum şəxslər jurnalistin üstünə viski töküblər, sonra isə mikrofonu ələ keçirərək, Venediktovu təhqir ediblər.

Aparıcının xahişi ilə səhnəyə çıxan mühafizəçilər xuliqanları sakitləşdirərək uzaqlaşdırıblar. Aleksey Venediktov isə zarafatla qeyd edib ki, hücum edənlər keyfiyyətsiz viskidən istifadə edirlər.