Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Quşçu kəndi ərazisində "Qazel" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünün və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.
Xəsarət alan sürücülərin kimliyi məlum olub.
APA -nın xəbərinə görə, bunlar Daşkəsən rayon sakini, 1949-ci il təvəllüdlü Rəşid Məmmədov və Göygöl rayon sakini, 1944-cü il təvəllüdlü Yolçu İbrahimovdur.
Hər iki sürücü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların yüngül xəsarət aldığı bildirilir.