Bakıda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sənubər Tofiq qızı Eminağayeva sirkə turşusu içərək canına qəsd edib. Xəstəxanaya yerləşdirilən S. Eminağayeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.