Mingəçevir şəhərində dönərçini elektrik cərəyanı vuraraq öldürüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında qeydə alınıb.
Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.
İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib . O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var