IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində əvvəl Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib.

 Unikal.org-un apa-ya istinadən məlumatına görə, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb. Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. "Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib.

Daha sonra atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər. Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman "Amarok qrupunun ifasında "Naxçıvan halayi səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib. Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, "Amarok - "İncilər mahnısını ifa edib. Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı - Elnurun ifasında "Hour of the Wolf səslənib.

Möhtəşəm şounun nümayişundən sonra IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.

Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin "The Young Person-™s Guide to the Orchestra musiqisi səsləndirilib. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, "İstanbul 2021 İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib. Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.

İslamiadanın bağlanış mərasimi "Birlik konserti ilə başa çatıb. Beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər. Müğənni Tünzalə Ağayeva yan səhnədə "Sürət - 2017 Azərbaycan Qran Pri mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -"Salam Bakı - "Bakı 2017 könüllülərin himni və "Mən Azərbaycanlıyam mahnıları ilə "Birlik konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

XXX


IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, bağlanış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, xarici ölkə nümayəndələri iştirak ediblər.