Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Nəsirova Svetlana Qüdrət qızı Mərdəkan qəsəbəsində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü (hələlik adı açıqlanmır) saxlayıb. Araşdırma aparılır.