Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, A.Əliyev bildirib ki, İsrail vətəndaşı Aleksander Qorenşteyn özü ilə gətirdiyi külli miqdarda xarici valyutanı gömrük orqanlarına bəyan etməyib və bunu özü də etiraf edib: "İsrail vətəndaşı ilə bağlı bəzi KİV-də məlumatlar yayılıb. Onu deyə bilərəm ki, bir az əvvəl biz hadisənin necə baş verməsi ilə bağlı videogörüntülər əldə etmişik. Görüntülərdə aydın görünür ki, İsrail vətəndaşı pulu xüsusi düzəldilmiş gizli ciblərdə gizlədib, gömrük orqanlarına bəyən etməyib və bunu özü də etiraf edib. Vətəndaşın fərziyyəsinə görə, guya o pulu oğurlanmasın deyə gizlədib. Amma gömrük zonasını keçən zaman gömrük xidmətinin əməkdaşı onun özünü şübhəli apardığını hiss edib və fərdi baxışa dəvət edib. Baxış zamanı isə gömrük orqanlarına bəyan olunmayan külli miqdarda xarici valyuta aşkarlanıb".
11:28
Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.
DGK Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, sözügedən məlumatlar həqiqətə uyğun deyil: "Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək".