Bakıda qadınlar arasında dava olub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 

Həmin qəsəbənin sakini olan 43, 42 və 41 yaşlı qadınlar yeni vaxtda bir-birlərindən şikayət ərizəsi ilə polisə müraciət ediblər.

Məlum olub ki, onlar məişət zəminində dalaşıblar və bir-birlərinə xəsarət yetiriblər.

Araşdırma aparılır.