Naxçıvanda avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 22-də saat 13 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini Qəhrəman Əliyev idarə etdiyi "Hyundai markalı avtomobillə yolu keçən həmyerlisi, 6 yaşlı Sadiq Səfərlini vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.