Astara rayon sakini intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvi kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Vüqar Nəriman oğlu Tahirov yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Onun yaxınlarının verdiyi məlumata görə, V.Tahirovun son zamanlar psixi durumunda problemlər olub. Bildirilib ki, ötən ilin aprel ayında cəbhədə oğlunun yaralanması xəbərini eşidən V.Tahirov sarsıntı keçirib və bundan sonra onun psixi sağlamlığında problemlər yaranıb.
V.Tahirovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.