Astarada parkda kişi meyiti aşkar edilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı Astara şəhəri ərazisində meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü Fehruz Ələsgər oğlu Məmmədov olduğu müəyyən edilib.
Onun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
F.Məmmədovun içki aludəçisi olduğu deyilir.