Bakıda soyğunçuluq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında "Tofaş" markalı taksiyə minən Əliyar Dadaşov sürücünün hücumuna məruz qalıb. Avtomobil deyilən ünvana çatandan sonra sürücü müştəriyə zor tətbiq edərək içində 100 manat pul və sənədlər olan əl çantasını alıb və ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.