IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsinə 20 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdu.
Unikal.org-un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, işlər tam yekunlaşdıqdan sonra son mərhələdə açılış və bağlanış mərasimlərinin keçirilməsinə xərclənən vəsaitin tam həcmi açıqlanacaq.