Bakıda yol polisinin idarə etdiyi motosiklet minik maşını ilə toqquşub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi "Yamaha markalı motosiklet "Mercedes markalı minik maşını ilə toqquşub. Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.