Xəbər verdiyimiz kimi, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın bacısı Səbinə Məmmədovanın evində dəhşətli yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Unikal.org xəbər verir ki, Kəbirə Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, yanğından xəbərsiz olduğunu dilə gətirib:
"Mən xaricdəydim, Bakıya bu gün gəlmişəm. Bibimlə yaxın deyilik. Bir-birimizin evinə az gedib-gəlirik. Mühafizəçiyə Allah rəhmət eləsin! Qalanlara cansağlığı versin! Hər şey yaxşı olacaq".