"Bank Respublikanın "Azneft filialı qarşısında özünü yandıran şəxsin kimliyi məlum olub.
Unikal.org xəbər verir ki, "Qafqazinfonun əldə etdiyi məlumata görə, bankın müştərisi olan həmin şəxs Ramiz Manaf oğlu Manafovdur. 17.10.1953 təvəllüdlü Ramiz Bakının Yasamal rayonunda qeydiyyatdadır.
Ramiz Manafovun banka nə qədər borcunun olması haqda hələ ki, dəqiq məlumat yoxdur.
Xatırladaq ki, özünü yandıran şəxs bankın işçiləri və mühafizə xidmətinin əməkdaşının müdaxiləsi nəticəsində xilas edilib, xəstəxanaya aparılıb.