Şəkidə 79 yaşlı kişi intihar edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Şəki şəhər sakini, 1938-ci il təvəllüdlü Natiq Alı oğlu Umarovun meyiti səhər saatlarında Şəki şəhəri Mirzə Fətəli Axundov prospektində Qurucana çayının sahilindəki işıq dirəyində asılmış vəziyyətdə aşkar edilib.
Məlumata görə, N.Umarov ruhi xəstə olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.