Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250 m2 olan geyim mağazasının anbarında elektrik sayğacı və lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.