Şəkidə qadın intihara cəhd edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində rayonun Qoxmuq kənd sakini, 1983-cü il təvəllüdlü Sevinc Həsən qızı Səlimova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Şəki MRX-dan bildirilib ki, iki övlad anası olan Sevinc Səlimova intihar etmək məqsədi ilə bir neçə müxtəlif adda dərman həbləri qəbul edib. Sevinc Səlimovaya xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.