Azərbaycanda 18 nazirlik, 9 dövlət komitəsi, 6 dövlət xidməti var. Sözügedən dövlət qurumlarına rəhbərlik edənlər isə vaxtilə müxtəlif vəzifələrdə çalışmış şəxslərdir.

Unikal.org müəllimlikdən yüksək dövlət vəzifəsinə gələn şəxslərin kimliyini araşdırıb. 

Həmin şəxslərin  siyahısını sizlərə təqdim edirik:

Baş Nazirin birinci müavini kimi əhəmiyyətli dövlət postunu tutan Yaqub Eyyubov


1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olub. 1970-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972-1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973-1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olub. 1975-1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim vəzifələrində işləyib.

Baş nazirin müavini Əli Əhmədov
Image result for Əli Əhmədov
Əli Əhmədov Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov

Image result for Hüseynqulu Bağırov

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib.

Gənclər və idman naziri Azad Rəhimov
Image result for Azad Rəhimov

1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Image result for Əbülfəs Qarayev

1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

Kənd təsərrfatı naziri Heydər Əsədov
Image result for Heydər əsədov
1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Image result for Səlim Müslümov
Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev
Image result for Aydın Əliyev
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
Related image
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir. 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

1972-ci ildə 6 nömrəli orta məktəbi,1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlamış, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris edib. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləyib.