Bakıda Penitensiar Xidmətə məxsus minik avtomobili qəzaya düşüb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Xidmətə məxsus "Chevrolet Niva" ilə Türkiyə vətəndaşının idarə etdiyi "Wolksvagen Tiguan" toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.